İnterPress.az-ın xəbərinə görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.
O bildirib ki, Tovuz, Ağcabədi, Kürdəmir, Balakən və Şamaxı rayonlarında tikintisi davam etdirilən \”ASAN Xidmət\” mərkəzlərinin bu ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.
Bakı şəhərində 2 \”ASAN Kommunal\” mərkəzinin fəaliyyət göstərdiyini xatırladan E.Niftəliyev qeyd edib ki, bu il Bakıda kommunal sahədə xidmətlər göstərən mərkəzlərin sayı
3-ə çatdırılacaq.
İnterPress.az