Qüsurlu zirehli jiletlərlə bağlı işdə təqsirləndirilənlərə HÖKM OXUNDUbackend

Qüsurlu zirehli jiletlərlə bağlı işdə təqsirləndirilənlərə HÖKM OXUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Piket” şirkətinin top-menecerləri qüsurlu gülləkeçirməz jiletlərə görə uzunmüddətli həbs cəzası alıblar.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, “Piket” şirkətlər qrupunun qüsurlu gülləkeçirməz jiletlərin tədarükündə təqsirləndirilən top-menecerləri Antonova və Kalçenko məhkəmənin hökmü ilə müvafiq olaraq 7 və 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə həmçinin Kalçenko, Antonova və “Piket” şirkətlər qrupunun baş direktoru Yesipovdan Rusiya Müdafiə Nazirliyinin xeyrinə dəymiş ziyanın ödənilməsi üçün 2 milyard 399 milyon rubl (təxminən 46,8 milyon manat) məbləğində vəsaitin müştərək qaydada tutulmasına qərar verib.

Xuraman Etibarlı

İnterpress.az