Fransadakı Renuar Muzeyini qarət edənlər qaçarkən iki rəsm əsərini yerə salıblar.
İnterpress.az xəbər verir ki, bu barədə “Nice-Matin” məlumat yayıb.
Fransanın cənubundakı Kanya-sür-Mer şəhərində yerləşən Renuar Muzeyindən oğurlanan dörd rəsm əsərindən ikisi qaçış zamanı muzeyin parkında aşkarlanıb.
Hadisə zamanı muzeyin siqnalizasiya sistemi işə düşüb və polis beş dəqiqə sonra hadisə yerinə çatıb.
Oğurlanan əsərlər arasında Renuarın “Madam Kolonna Romano” portreti də olub. Muzeyin məlumatına görə, əsər təxminən 1913-cü ildə çəkilib.

Xuraman Etibarlı
İnterpress.az






