Küləkli hava şəraiti ilə əlaqədar 4 nəfər xəsarət alıbbackend

Küləkli hava şəraiti ilə əlaqədar 4 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində 4 nəfər xəsarət alıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, üç qadın və bir kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Xəsarət alan şəxslərə müvafiq tibbi yardım göstərilib. Onların vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.