Kallas: Lukaşenko Belarusu Rusiya üçün döyüş zonasına çevirib – VİDEObackend

Kallas: Lukaşenko Belarusu Rusiya üçün döyüş zonasına çevirib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lukaşenko Belarusu Rusiya üçün müharibə zonasına çevirib.

İnterpress.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas açıqlama verib.

Kallasın sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun rejimi ölkəni Rusiya üçün döyüş zonasına çevirib.

O, həmçinin Belarus hakimiyyətinin qeyri-qanuni miqrasiyadan istifadə etməklə ölkənin Avropadakı qonşuları üçün təhlükə yaratdığını bildirib.

Kallas Belarus hakimiyyətinin miqrasiya məsələsindən Avropa ölkələrinə təzyiq vasitəsi kimi istifadə etdiyini qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az