Ukraynalı deputat: Trampın nümayəndələri Kiyevə daha ağır şərtlər gətirib – VİDEObackend

Ukraynalı deputat: Trampın nümayəndələri Kiyevə daha ağır şərtlər gətirib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trampın nümayəndələri Kiyevə daha ağır sülh şərtləri gətirib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Anna Skoroxod açıqlama verib.

Onun sözlərinə görə, ABŞ prezidentinin nümayəndələri Stiv Uitkoff və Jared Kuşner Moskvaya səfərdən sonra Kiyevə əvvəlkindən daha ağır sülh şərtləri təqdim ediblər.

Skoroxod bu təklifləri “sıçrayış” adlandırmağın çətin olduğunu bildirib.

Deputatın iddiasına görə, əvvəlki şərtlərdə Ukrayna Konstitusiyasına dəyişiklik edilməsi və ərazilərin tanınması tələbi olmayıb. Yeni təkliflərdə isə bu məsələlərin gündəmə gətirildiyi bildirilir.

Skoroxod əlavə edib ki, danışıqlarda başqa nüanslar da var, lakin məlumatların qeyri-rəsmi şəkildə əldə edildiyini əsas gətirərək onların detallarını açıqlamayıb.

O, nəticədə müharibənin başa çatdırılmasını hər iki tərəfin istəmədiyinin aydınlaşdığını bildirib.

Xuraman Etibarlı

İnterpress.az