Masisdə əməliyyat zamanı 69 yaşlı qadının ölümündən sonra 5 tibb işçisi saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.
Məlumata görə, sentyabrın 4-də Masis şəhərində yerləşən “Edem” xəstəxanasında 69 yaşlı İra Z. ümumi anesteziya tətbiq edilməklə aparılan əməliyyat zamanı vəfat edib.
Hadisə ilə bağlı həmin gün xəstəxanada çalışan 5 tibb işçisi saxlanılıb. Onların arasında 54 yaşlı tibb bacısı Yeranuhi X., 71 yaşlı tibb bacısı Şoqik A., 67 yaşlı anestezioloq Karen B., 38 yaşlı təcili yardım həkimi David Q. və tibb mərkəzinin 67 yaşlı direktoru Mger E. var.
Hadisənin səbəbləri və qadının ölümündə saxlanılan şəxslərin mümkün məsuliyyəti ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






