Almaniya Aİ-nin COVID fonduna milyardlarla avro ÖDƏYƏCƏKbackend

Almaniya Aİ-nin COVID fonduna milyardlarla avro ÖDƏYƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya ümumavropa COVID borclarına 150 milyard avrodan çox pul ödəyə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Welt” məlumat yayıb.

Məlumata görə, Almaniyanın pandemiyadan sonra yaradılmış ümumavropa bərpa fondu üzrə öhdəlikləri 145-154 milyard avroya (təxminən 286-304 milyard manat) çata bilər. Bu məbləğ Almaniyada hər vergi ödəyicisinin payına təxminən 2 min avro (təxminən 3 948 manat) düşməsi deməkdir.

Bərpa fondu 2020-ci ildə Angela Merkel və Emmanuel Makronun razılaşmasından sonra yaradılıb. Mexanizm çərçivəsində Avropa İttifaqının 750 milyard avroyadək birgə borclanması nəzərdə tutulub.

Hazırda fondun 648 milyard avroluq vəsaitinin təxminən 440 milyard avrosu (təxminən 869 milyard manat) ödənilib.

Fondun ən böyük benefisiarı İspaniyadır. Ölkənin təxminən 90 milyard avro (təxminən 178 milyard manat) alacağı gözlənilir.

Almaniyada bəzi siyasətçilər vəsaitlərin bölüşdürülməsi mexanizmini tənqid edirlər.

Avropa Prokurorluğunun fond vəsaitlərindən mümkün sui-istifadə ilə bağlı yüzlərlə araşdırma apardığı da bildirilir.

Xuraman Etibarlı

İnterpress.az