Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, avtobusun sürücüsü N.Tusi küçəsində son dayanacaq məntəqəsində dönmə manevrini yerinə yetirərkən idarəetməni itirib.
Digər nəqliyyat vasitələrinə və piyadalara zərər vurmamaq üçün sürücü avtobusu səkiyə doğru yönəldib və avtobus yaxınlıqdakı dükanın divarına dəyib.
Hadisə nəticəsində xəsarət alan yoxdur. Məsələ ilə bağlı müvafiq araşdırma aparılır.
İnterPress.az