İnterPress.az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub
O, məhkəmənin hökmü ilə 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2017-ci ilin fevral ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan Zaməddin İmanovun “Mercedes” markalı maşınına əyləşən tanımadığı şəxs avtomobilini quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.
Abşeron rayon Polis idarəsinin Cinayət axtarış idarəsi və Mehdiabad polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Feyzullayev şübhəli şəxs qismində saxlanılıb.
O, nəqliyyat vasitəsi ilə Abşeron rayonunun Goradil qəsəbəsinə gəlib.
E.Feyzullayevin quldurluq əməlindən başqa oğurluq etdiyi də məlum olub.
İstintaq dövründə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
İnterPress.az