Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da N.Qəribovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “VAZ-21099” markalı avtomobilin sürücüsü, Kürdəmiş kənd sakini V.Həsənov saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
İnterPress.az