Bunu açıqlamasında Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Teymur Hacıyev deyib.
Onun sözlərinə görə, 14-15 mayda Bakıda para-cüdo üzrə Beynəlxalq Qran-prinin keçirilməsində əsas təşkilati dəstəkçilərdən biri də \”Neftçi\” İdman Klubudur.
Hacıyev bildirib ki, klub idmançıların müxtəlif təlim-məşq toplanışlarında və beynəlxalq yarışlarda iştirakına daim dəstək verib: \”Elə bu yaxınlarda para-cüdo üzrə Azərbaycan yığmasının Gürcüstana təlim-məşq toplantısına yola düşməsini misal olaraq göstərmək olar. Klubun dəstəyi nəticəsində ölkəmizin cüdo idman növü üzrə paralimpiya və olimpiya yığmaları daim inteqrasiya olunmuş şəkildə fəaliyyət göstəriblər\”.
İnterPress.az