Estoniyanın Baş naziri istefa verəcəkbackend

Estoniyanın Baş naziri istefa verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, hazırkı Baş nazir aprelin 4-də Estoniyanın yeni heyətli parlamentinin ilk iclasında son dəfə baş nazir qismində iştirak edəcək. Onun formal olaraq postunu tərk etməsinə baxmayaraq, yeni baş nazir seçilənədək vəzifə səlahiyyətlərini icra edəcəyi bildirilir.

Siyasi analitiklər Yuri Ratasın yenidən bu posta seçiləcəyini də istisna etmirlər. Əgər onun rəhbərlik etdiyi Mərkəzçilər Partiyası mühafizəkarlar olan EKRE və milliyyətçilərdən ibarət İsamaa ilə koalisiya qura bilsə, parlamentdə qazanacağı səs çoxluğu ilə yenidən idarəçiliyi ələ ala bilər.

Estoniya konstitusiyasına əsasən, Baş nazirin istefasından sonrakı iki həftə ərzində ölkə Prezidenti bu vəzifəyə namizədlərin adlarını açıqlamalıdır.

İnterPress.az