İnterPress.az-ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hesabat ayında sənaye məhsulunun 83%-i mədənçıxarma, 14,5%-i emal, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,6% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 12,2% təşkil edib.
“İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında cari ilin fevralın 1-i vəziyyətinə 258,1 mln. manatlıq hazır məhsul ehtiyatı olub\”, – deyə məlumatda deyilir.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 34,2 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.
İnterPress.az