İnterPress.az-ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Eldar adlı şəxs həyat yoldaşı Sevinci idarə etdiyi “VAZ-2106” markalı avtomobillə vurub. Yaralı qadın Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
İnterPress.az