Bu barədə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Lion şəhəri və Auvergne-Rhône-Alpes regionunda yaşayan Azərbaycan vətəndaşları mayın 3-ü saat 10:00-dan 13:00-dək və 15:00-dan 18:00-dək, həmçinin mayın 4-ü saat 10:00-dan 13:00-dək bu xidmətdən yararlana biləcəklər.
Eyni zamanda cari il Fransanın Nant, Strasburq, Bordo, Tuluza və Nitsa şəhərlərində yaşayan azərbaycanlılara da səyyar konsulluq xidmətlərin göstərilməsi nəzərdə tutulur.
İnterPress.az