İnterPress.az xəbər verir ki, Konor “tvitter” səhifəsində Həbib və həyat yoldaşının toy şəkli ilə birlikdə dəsmal şəkili paylaşıb. Həbibin xanımının İslam adətlərinə görə başını bağlamasına sataşan Konor, etdiyi paylaşımda ona “Sənin arvadın dəsmaldır, dostum” deyə yazıb. İnsanlar tərəfindən tənqid olunan Konor, bir neçə saat sonra etdiyi paylaşımı silib.
Qeyd edək ki, ötən il oktyabrın 7-də Konorla Həbib arasında keçirilən döyüşü dağıstanlı idmançı qazanıb.(corner.az)
İnterPress.az