Suriya üzrə beynəlxalq görüşün aprelin 25-26-da keçirilməsi planlaşdırılırbackend

Suriya üzrə beynəlxalq görüşün aprelin 25-26-da keçirilməsi planlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan xarici işlər nazirinin birinci müavini Muxtar Tleuberdi məlumat verib.

Qazaxıstan Xarici İşlər Nazirliyi BMT Baş katibinin Suriya üzrə yeni xüsusi nümayəndəsi Qeyr Pedersenin də danışıların növbəti mərhələsinə qatılacağını istisna etmir.

\”Prinsipcə, əlbəttə, bu, zamin ölkələrdən asılıdır. Amma bu yaxınlarda BMT-nin Avropa İttifaqı ilə birgə təşkil etdiyi Suriya üzrə konfransa qatılmaq üçün Brüsselə səfər etmişdim. BMT-nin Suriya üzrə yeni xüsusi nümayəndəsi Astana prosesində (indiki Nur-Sultan – red) iştirak etməkdə maraqlı olduğunu vurğuladı. Ona görə də onun iştirakı istisna deyil\”, – M.Tleuberdi deyib.

İnterPress.az