Bakıda Texniki Universitetin tələbəsini maşın vurub – YENİLƏNİBbackend

Bakıda Texniki Universitetin tələbəsini maşın vurub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, xəsarət alan şəxsin, Texniki Universitetin III kurs tələbəsi, 1999-cu il təvəllüdlü Şahbazlı İlkin Bəxtiyar oğlu olması müəyyən edilib.

Şahidlərinin sözlərinə görə, İ.Şahbazlı yol kənarında saxladığı şəxsi avtomobilinə minmək istəyərkən maşın onu vurub.

Faktla bağlı araşdırma aparılır.

***

Paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində yol-nəqliyyat hadisəsi baş verib.

İnterPress.az-ın məlumatına görə, “Chrysler” markalı maşın yolun kənarı ilə gedən Azərbaycan Texniki Universitetinin III kurs tələbəsini vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanaya yerləşdirilib. ONA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, xəstə reanimasiyaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.(ona)

İnterPress.az