Ağdaşda qanunsuz psixotrop tərkibli dərman satan şəxs saxlanılıbbackend

Ağdaşda qanunsuz psixotrop tərkibli dərman satan şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, Ağdaş rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 38 yaşlı Alim Quliyev saxlanılıb.

Onun başqa bir şəxsə psixotrop tərkibli 2 ədəd “Tramadol” həbini satmaq istədiyi müəyyən olunub. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq A. Quliyevin yaşadığı evə də baxış keçirilib. Baxış zamanı oradan 12,26 qram qurudulmuş marixuana, 360 ədəd “ Tramadol” və 12 ədəd “ Pregabalin” adlı güclü təsiredici xüsusiyyətə malik dərmanlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İnterPress.az