Liviya ordusu Xəftarın birləşmələrinə aviazərbələr endiribbackend

Liviya ordusu Xəftarın birləşmələrinə aviazərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın xəbərinə görə, bu barədə “Al Jazeera” məlumat yayıb. Bildirilir ki, Tripoli istiqamətində irəliləyən Xəlifə Xəftarın ordu birləşməsi ötən gün tutduqları Qaryan şəhəri ərazisində aviazərbəyə məruz qalıb.

Liviya Milli Razılıq Hökumətinin baş naziri Faiz Sarac ordu birləşmələrinə tam döyüş hazırlığı vəziyyətinə gəlmək barədə əmr verib.
Qeyd edək ki, ötən gün Xəlifə Xəftarın rəhbərliyi ilə Liviya Milli Ordusunun bölmələri Tripolinin cənub qərbində bir sıra rayonları tutub.

Xəftar 2014-cü ildə Müəmmar Qəddafinin keçmiş əsgərlərini bir araya toplayaraq 2017-ci ildə Benqazi şəhərini zəbt edib. Tərəfdarları onu “yeni Müəmmar” adlandırır.

Hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür. Şərqdə Tobruk şəhərinə parlament, qərbdə Tripoli şəhərinə isə milli razılıq hökuməti rəhbərlik edir.(ona)

İnterPress.az