Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yolu keçən Masazır qəsəbə sakini Faiq Həsənov naməlum avtomobillə vurularaq hadisə yerində ölüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədildiyi məlum olub.
Qəzanı törədərək hadisə yerindən yayınan həmin şəxsin Xırdalan şəhər sakini M.Həsənov olduğu məlum olub və o saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
İnterPress.az