Müvafiq sənədi AZƏRTAC dərc edib.
Sərəncama əsasən, səksən beş min nəfər əhalinin yaşadığı səkkiz yaşayış məntəqəsini birləşdirən Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 milyon manat ayrılıb.