Belə ki, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı, Azərbaycana turist kimi gələn Aisha Hussain Ali Baqir Alzarooni aprelin 7-də axşam saatlarında “102 xidməti”nə zəng edib.
Həmin şəxs müraciətində Dənizkənarı Milli Parkın ərazisində “Şəfəq” gəzinti gəmisində olan zaman çantasının itdiyini bildirib.
“102 xidməti” turist xanımın zəngi əsasında saat 21:25 radələrində yaşanmış hadisə ilə bağlı Su Nəqliyyatında Polis İdarəsinə müraciət edib.
Aisha Hussain çantada şəxsi sənədlərinin, pulunun və digər lazımi ləvazimatlarının olduğunu deyib. Turistin çantası saat 01:00 radələrində tapılaraq sahibinə qaytarılıb.
İnterPress.az