Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıbbackend

Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Kərimov aprelin 3-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki mağazasından təmir-tikinti alətləri və məişət əşyalarının oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Qısa müddətdə cinayət əməlini törədən şəxsin Zərdab rayonu ərazisində olduğu müəyyən edilib.

6-cı Polis Bölməsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini D.Kərimli rayon ərazisində saxlanılıb.

Onun Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

İnterPress.az