Qənirə Paşayeva: “Hər il minlərlə insan ölkəsində gedən münaqişələrə görə qaçqın düşür”backend

Qənirə Paşayeva: “Hər il minlərlə insan ölkəsində gedən münaqişələrə görə qaçqın düşür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az-ın məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında “Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi çərçivəsində BMT ilə əməkdaşlığın gücləndirilməsi”nə dair müzakirələrdə çıxışı zamanı Azərbaycanın nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib. O bildirib ki, davamlı inkişaf üçün uşaqlara qarşı şiddətə son verilməli, insan alverinin qarşısı alınmalıdır, həmçinin öz ölkəsindən didərgin düşən qaçqınlar məsələsinə də diqqət edilməlidir.

Qənirə Paşayeva Azərbaycanda da bir milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu və 20 faiz torpaqlarının işğal edildiyini xatırladaraq hər il dünyada yaşayan minlərlə insanın ölkələrində gedən münaqişələrə görə qaçqın düşdüyünü qeyd edib. Deputat üzv ölkələrin nümayəndələrini məruzəçilərin qətnamələrində diqqət çəkilən bu məsələlərə qarşı daha diqqətli və həssas yanaşmağa çağırıb. (ona)

İnterPress.az