İnterPress.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə aprelin 10-da səhər saatlarında paytaxt Yerevanın Ayvazovsk küçəsində yerləşən yataqxanada baş verib. Nəticədə 4-cü mərtəbədə bir mənzilin qapısı, qonaq otağı və qonşu mənzilin mətbəxi, 5-ci mərtəbədə isə mənzilllərdən birinin pəncərəsi yanıb. Yanğının söndürülməsinə 4 yanğınsöndürən briqada cəlb olunub. Xəsarət alanlara yardım göstərilib.
Hadisənin səbəbi araşdırılır.
İnterPress.az






