Şəkinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün 25 milyon manat ayrılıb – SƏRƏNCAMbackend

Şəkinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün 25 milyon manat ayrılıb – SƏRƏNCAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.az xəbər verir ki, sərəncamla Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 25,0 (iyirmi beş) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

İnterPress.az