Kapital Rusiyanı tərk edirbackend

Kapital Rusiyanı tərk edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiyanın Mərkəzi Bankının məlumatına görə 2014-cü ildə ölkədən kapital axını 151,5 milyard dollar təşkil edib.

Bu da 2013-cü ilə nisbətən 2,5 dəfə çoxdur. Həmin il çıxan kapital 61 milyard dollar olub. Bu 2008-ci il böhranından 20 milyard çoxdur. 6 il əvvəl 133,6 milyar dollar çıxarılmışdı.
2014-cü ilin noyabrında Mərkəzi Bank Rusiyadan kapital axınını 128 milyard dollar proqnozlaşdırırdı.

Ən çox sərmayə axını 2014-cü ilin son 3 ayında baş verib. Həmin aylarda 72,9 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrüylə müqayisədə 4,3 dəfə çoxdur.

MB-ın hesablamalarına görə kapital axını depozitlərin dollarlaşması hesabına baş verib. Bunda da Rusiyay tətbiq olunan sanksiyar və neftin qiymətinin kəskin düşməsi mühim rol oynayıb.

İnterpress.az