Trampın köməkçisi Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə Qarabağ münaqişəsini müzakirə edibbackend

Trampın köməkçisi Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə Qarabağ münaqişəsini müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterPress.Az “Rusarminfo”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Təhlükəsizlik Şurası yayıb.

Vaşinqtonda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunub. Tərəflər münaqişənin dinc yolla həllinin vacibliyini vurğulayıblar.

Görüşdə ABŞ-ın Ermənistana sərmayə və maliyyə dəstəyi göstərməsi məsələsi də müzakirə edilib.

Qeyd edək ki, ABŞ-ın Yerevandakı səfiri Linn Treysi Ermənistanın baş naziri Nikol Paşinyanın anti-Amerika bəyanatlarından narazı qaldığını bildirmişdi. L.Treysi ABŞ-ın son 28 ildə Ermənistana 2 milyard dollara yaxın sərmayə qoyduğunu qeyd etmişdi.

İnterPress.Az