Sterlitamakda ticarət mərkəzində dəhşətli yanğın: Üç bacı həlak oldu
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Başqırdıstanın Sterlitamak şəhərində yerləşən “Solneçnıy” ticarət mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində 29 yaşlı Yelizaveta, 33 yaşlı Viktoriya və ticarət mərkəzində öz atelyesi olan 45 yaşlı Yelena həyatını itirib. Bacıların günorta saatlarında üç gündən sonra ad günü olacaq analarına hədiyyə seçmək üçün ticarət mərkəzinə toplandıqları bildirilir.
Məlumata görə, ticarət mərkəzində sonuncu dəfə yanğın təhlükəsizliyi yoxlaması 5 il əvvəl, oktyabr ayında keçirilib. Yoxlama nəzarət edilən şəxs tərəfindən aşkar edilmiş pozuntunun aradan qaldırılması öhdəliyinin icra müddətinin başa çatması səbəbindən aparılıb.

Xuraman Etibarlı
İnterpress.az






