Yevgeni Petrosyanın həyat yoldaşı “Mirotvorets” bazasına daxil edilib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiyanın xalq artisti Yevgeni Petrosyanın həyat yoldaşı Tatyana Bruxunova Ukraynanın “Mirotvorets” resursunun məlumat bazasına daxil edilib.
Resursun müəllifləri onu Ukraynanın suverenliyinə qəsddə və “təbliğat” yaymaqda ittiham ediblər.
Yevgeni Petrosyanın özü isə 2017-ci ildə “Mirotvorets” bazasına daxil edilib.
“Mirotvorets” 2014-cü ildə yaradılıb və müxtəlif şəxslər, o cümlədən jurnalistlər, sənətçilər, idmançılar və siyasətçilər barədə məlumatlar dərc edir.
Xuraman Etibarlı
İnterpress.az






