“Microsoft” “Xbox” bölməsində irimiqyaslı yenidənqurma elan edib: “Activision” “Halo”, “Sea of Thieves” və “Age of Empires”i nəzarətə götürür, “Obsidian” isə “Bethesda”ya keçir
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Microsoft” şirkəti “Xbox” oyun bölməsində genişmiqyaslı struktur dəyişikliklərinə başladığını bəyan edib. Reorganizasiya çərçivəsində şirkət daha 268 əməkdaşını ixtisar edir, “Ninja Theory” studiyasının isə fəaliyyətini tamamilə dayandıracağı gözlənilir.
Struktur islahatlarına əsasən, “Halo Studios” “Halo Infinite” və “Halo: Campaign Evolved” layihələrinin dəstəyini davam etdirəcək, lakin məşhur seriyanın növbəti əsas oyununun hazırlanması “Activision”a həvalə olunacaq və bunun üçün artıq xüsusi komanda formalaşdırılır. Paralel olaraq, “Obsidian” studiyası yeni “Fallout” oyunu üzərində işləmək üçün “Bethesda” bölməsinin tərkibinə keçir.
Bununla yanaşı, “Turn 10” və “Playground Games” studiyaları gələcək “Forza Horizon” və “Fable” layihələrini idarə etmək üçün vahid strukturd birləşdirilir, “Sea of Thieves” oyununa cavabdeh olan “Rare” komandası isə bundan sonra “Activision” bölməsində fəaliyyət göstərəcək.
Xuraman Etibarlı
İnterpress.az






