ABŞ dövlət katibi Marko Rubio: Ukrayna ABŞ-la bağlı neft gəmilərinə hücum edir, bu davam edə bilməz
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
ABŞ dövlət katibi Marko Rubio Ukraynanın son bir neçə ay ərzində ABŞ-la bağlı olan və Amerika nefti daşıyan gəmilərə, eləcə də tədarük zəncirinə dəfələrlə zərbələr endirdiyini bildirib. Diplomat xəbərdarlıq edib ki, bu cür hərəkətlər iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərir və bu vəziyyətin bu şəkildə davam etməsi qəbulolunmazdır.
Rubio bu məsələnin təcili olaraq həll edilməli olduğunu vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az






