20 yaşlı gənc Qafqazla bağlı şərhlərinə görə CƏRİMƏLƏNDİbackend

20 yaşlı gənc Qafqazla bağlı şərhlərinə görə CƏRİMƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaraçay-Çərkəzdən olan 20 yaşlı IT mütəxəssisi sosial şəbəkə şərhlərinə görə cərimələnib

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qaraçay-Çərkəzdən olan 20 yaşlı frilanser İmran T. MMA ilə bağlı çatlarda Qafqazdakı vəziyyət barədə şərhlər yazıb.

O, Dağıstan, Çeçenistan və regionun digər respublikalarının “işğal altında olduğunu” və müstəqil olmalı olduğunu bildirib.

Həmçinin Qafqazdakı əlverişsiz şəraitin səbəbləri barədə fikirlərini bölüşüb.

Hüquq-mühafizə orqanları bu paylaşımlara diqqət yetirib. İmran T. şərhləri yazdığını etiraf edib və onları silib.

Məhkəmə onu Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.3.1-ci maddəsi üzrə təqsirli bilərək 10 min rubl (təxm. 201 man) məbləğində cərimələyib.

Xuraman Etibarlı

İnterpress.az