Yekaterinburq hava limanında təyyarədə TÜSTÜLƏNMƏ OLUBbackend

Yekaterinburq hava limanında təyyarədə TÜSTÜLƏNMƏ OLUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Red Wings Yekaterinburqda sərnişinlərlə dolu təyyarənin yanması barədə məlumatı təkzib edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Red Wings aviaşirkətinin mətbuat xidməti bildirib ki, Yekaterinburqun Koltsovo hava limanında insident zamanı təyyarənin göyərtəsində sərnişin olmayıb.

Hadisə baş verərkən ekipaj da təyyarədən kənarda olub.

Daha əvvəl yanıq qoxusu səbəbindən reysin yerüstü hazırlığı dayandırılıb, təyyarə dəyişdirilib və tüstülənmə aradan qaldırılıb.

Xuraman Etibarlı

İnterpress.az