Moskvalı şəxs rus serialını torrentə sızdırdığı üçün 6 ilədək həbs oluna bilər
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Moskva sakini onlayn platformadan yüklədiyi Rusiyanın məşhur serialının 10 seriyasını qanunsuz olaraq torrent saytlarına yerləşdirib. Həmin seriyalara 150 mindən çox insan baxıb, hüquq sahibinə dəyən zərər isə 150 milyon rubl (təxminən 3 023 594 manat) dəyərində qiymətləndirilib.
Hüquq-mühafizə orqanları piratçılıqla məşğul olan şəxsin kimliyini müəyyənləşdirərək onu saxlayıblar. Müəllif hüquqlarını pozduğuna görə moskvalını 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası və böyük məbləğdə cərimə gözləyir.
Xuraman Etibarlı
İnterpress.az






