Moskvada kişi qızın qara linzalarına görə metroda ona hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb.
Moskvada “Teatralnaya” metro stansiyasında bir kişinin qızın taxdığı qara linzalardan narazı qalaraq ona hücum etdiyi bildirilir.
Şübhəli şəxs qızların olduğu qrupa yaxınlaşaraq mübahisə yaradıb və onlara yumruqla hücum edib.
Hadisədən sonra şübhəli saxlanılıb. O, ittihamları rədd edir.
Məlumata görə, kişi hadisə yerindən uzaqlaşan qatara tərəf də tüpürüb.
Xuraman Etibarlı
İnterpress.az






