“Evdə çox oturursunuz”: Distant işləyənlər kirayə mənzil tapmaqda çətinlik çəkirlərbackend

“Evdə çox oturursunuz”: Distant işləyənlər kirayə mənzil tapmaqda çətinlik çəkirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ev sahibləri distant işləyənlərə mənzil kiralamaqdan imtina etməyə başlayıblar

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiya mənzil bazarında kirayəçilər üçün gözlənilməz problem ortaya çıxıb. Belə ki, mənzil sahibləri məsafədən (onlayn) işləyən şəxslərə ev verməkdən imtina etməyə başlayıblar. Ev sahiblərinin məntiqinə görə, kirayəçi evdə nə qədər çox vaxt keçirərsə, mənzilin və mebellərin köhnəlməsi və sıradan çıxması bir o qədər sürətlənir.

İmtina cavabları müxtəlif formalarda təqdim olunur. Kirayəçilərdən birinin sözlərinə görə, o, bu qəribə şərt barədə ev sahibi ilə telefon danışığı zamanı xəbər tutub. Ev sahibi “Siz evdə həddindən artıq çox oturacaqsınız” deyərək mənzili verməkdən imtina edib. Bəzi mənzil sahibləri isə bu qadağanı birbaşa elan mətnində qeyd edirlər. Hətta evini “ofis kimi istifadəyə görə” kirayəçilərdən əlavə ödəniş tələb edən sahibkarlar da var.

Ev sahibləri bu qərarı məsafədən işləyənlərin çox siqaret çəkməsi, elektik enerjisini artıqlaması ilə sərf etməsi və mebelləri tez köhnəltməsi ilə əsaslandırırlar. Lakin kirayəçilər bu iddialara inanmırlar.

Sosial şəbəkələrdə ev sahiblərinin qəribə vərdişləri ilə bağlı hekayələr paylaşılır; məsələn, bəzi ev sahiblərinin kirayəçi işdə olarkən mənzilə gəlib başqasının əşyalarını qurdalamaq və ya tualetdən istifadə etmək adətinin olduğu, məsafədən işləyənlərin isə daim evdə olması səbəbindən buna imkan tapamadıqları üçün narazılıq etdikləri iddia olunur.

Xuraman Etibarlı

İnterpress.az