Böyük Britaniya banklarına İsrailin qanunsuz məskunlaşma layihəsinə sərmayə qoymamaq xəbərdarlığı edilib
İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya KİV-ləri məlumat yayıb.
Böyük Britaniya parlamentinin deputatları ölkə banklarına və maliyyə təşkilatlarına rəsmi məktub göndərərək, onları İordan çayının qərb sahilində İsrailin planlaşdırdığı “E1” qanunsuz məskunlaşma layihəsinə investisiya qoymamağa çağırıblar. Məktubda bildirilir ki, Britaniyada qanunsuz məskunlaşma zonaları ilə ticarəti qadağan edən yeni qanunların qüvvəyə minməsi bir neçə ay çəkə bilsə də, banklar mövcud hüquqi və reputasiya risklərini nəzərə alaraq bu layihədən kənar durmalıdırlar.
İki həftə əvvəl Xarici İşlər Naziri Ed Miliband qanunsuz məskunlaşmalarla ticarətə tam qadağa qoyulacağını və bu tikintilərə kömək edənlərə qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan etmişdi. Lakin müvafiq qanunvericilik aktlarının parlamentdən keçməsi 6-9 ay çəkə bilər. Məsələnin təcililiyi isə İsrail hökumətinin Oktyabrın 25-dək 3400-dən çox mənzilin tikintisi üzrə tender elan etməsi ilə bağlıdır.
Tənqidçilər və beynəlxalq müşahidəçilər “E1” layihəsinin Fələstin torpaqlarını parçalayaraq iki dövlətli həll variantı perspektivini tamamilə ortadan qaldıracağını bildirirlər. Parlament Qrupu banklardan bu xəbərdarlıqla bağlı rəsmi mövqelərini oktyabrın 10-dək açıqlamalarını tələb edib.
Xuraman Etibarlı
İnterpress.az






