Cüdoçularımız Macarıstanda təlim-məşq toplanışında olublarbackend

Cüdoçularımız Macarıstanda təlim-məşq toplanışında olublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Cüdo Federasiyasından İnterpress.az-a bildiriblər ki, Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə keçirilən toplanışa Azərbaycan cüdoçuları ilə yanaşı, Cənubi Koreya, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Monqolustan, Macarıstan, Çex Respublikası, Türkiyə, Braziliya və digər ölkələrin yığmaları da qatılıblar. Tata şəhərində keçirilən təlim-məşq toplanışında həm kişilər, həm də qadınlardan ibarət milli komandamızın cüdoçuları iştirak ediblər.

Cüdo üzrə növbəti dünya çempionatı avqustun 25-dən sentyabrın 2-dək keçiriləcək.

İnterpress.az