Bu xarici şoklardan (yəqin ki, bunu başqa cür adlandırmaq olmaz) ödəmə balansına dəyən ziyan təxminən 200 milyard ABŞ dollardır”.
Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov yanvarın 28-də Federasiya Şurasının iclasında çıxış edərkən deyib.
Siluanov deyib ki, bu ilk növbətə neftin düşməsi ilə bağlıdır. Nəticədə ölkəyə az valyuta gəlir və bütün ekspertlər etiraf edir ki, bu, uzunmüddətli xarakter daşıyır. Çünki 2008 və 2009-cu illərdə olduğu kimi neftin qiymətintə sürətli artım baş verməyəcək.
Nazir bildirib ki, baş nazir Dimitri Medvedyev ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün təcili tədbirlər qəbul edib və bura hökumətin yaxın gələcəkdə görməli olduğu təcili addımlar daxildir.
Siluanov bu palnın qəbulundan dərhal sonra, müvafiq sənədlərin hazırlanması və bu tədbirlərin həyəta keçirilməsi istiqamətində qızğın iş getdiyini deyir.
Rusiyanın baş naziri Dmitri Medvedyev yanvarın 27-də Rusiya üçün antiböhran planı imzalayıb.
Qərbin Ukrayna böhranına görə Moskvaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar və neftin qiymətinin kəskin düşməsi əsas gəliri neftdən olan Rusiya iqtisadiyyatına ciddi ziyan vurur. 2014-cü ildə Rusya iqtisadiyyatının 4-5 faiz azalacağı gözlənilir.