“Boeing”in İdarə Heyətinin sədri vəzifəsindən azad edilibbackend

“Boeing”in İdarə Heyətinin sədri vəzifəsindən azad edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir. Qeyd edilir ki, D. Melenberq “Boeing” şirkətinin baş direktoru və prezidenti vəzifələrində qalacaq.

Şirkətin İdarə Heyətinin yeni sədri vəzifəsinə Devid Kelxun təyin olunub.

Qeyd edək ki, “Boeing 737 MAX” təyyarəsinin istismarı iki təyyarənin qəzasından sonra dayandırılıb.

Xatırladaq ki, bu ilin martın 10-da Efiopiyada “Boeing 737 MAX 8” qəzaya uğraması nəticəsində 157 nəfər, ötən ilin oktyabr 290da isə İndoneziyada 189 nəfər həlak olub.

Bundan sonra bir çox ölkə, o cümlədən Rusiya, ABŞ və Avropa ölkələri təhlükəsizlik baxımından bu təyyarələrin istismarını dayandırdı. Korporasiya sözügedən təyyarələrin uçuşuna qoyulan qadağa və sifarişlərin ləngiməsi səbəbindən 4,9 mlrd. ABŞ dolları məbləğində zərər edib.

Qeyd edək ki, Azərbaycan “Boeing” korporasiyasına sifariş verdiyi 10 \”Boeing 737 MAX 8\” təyyarələrinin alınmasından imtina edib.