Bakı metrosunda qatarda nasazlıq yaranıbbackend

Bakı metrosunda qatarda nasazlıq yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı metrosunun “28 May” stansiyasında sərnişinlər qatardan boşaldılıb.

İnterpress.az xəbər verir ki, bu qatarlardan birində yaranan texniki problemlə bağlı olub.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  bildirib ki, son günlərdə metrodan istifadə edən sərnişinlərin sayında ciddi artım müşahidə edilir: “Bu gün səhər saatlarında “İçəri Şəhər” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Sahil” stansiyasından çıxarkən maşinist qatarda problem hiss edib, bu səbəbdən də qatar “28 May” stansiyasında dayanıb. Sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq qatar boşaldılıb və texniki baxış üçün depoya göndərilib. Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Bu isə qrafikə təsir etməyib. Hazırda metropolitenin stansiyalarında qatarların hərəkəti intervala uyğun davam edir”.