Neftimiz bahalaşdıbackend

Neftimiz bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə günü Trend-ə verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axçamına nisbətən 0,75 dollar/barel artıb.

\”Azeri Light\” neft növü Azərbaycanın \”Azəri-Çıraq-Günəşli\” yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, \”Azeri Light\” Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 30-da 49,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,72 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 30-da 46,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,93 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən \”Brent Dated\” etalon növlü neftin qiyməti yanvarın 30-da 47,86 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,8 dollar/barel çoxdur.

İnterpress.az