Spiritli içkilər və siqaretlər bahalaşdıbackend

Spiritli içkilər və siqaretlər bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəyə gətirilən etil spirti üzrə aksiz dərəcəsi indiki 1 ABŞ dollarından və ya 0,8 manatdan 2 manata qaldırılıb. Pivə üzrə aksiz vergisi 1 litr üçün 1 ABŞ dolları və ya 0,8 manatdan 1 manata qaldırılıb.

Üzüm şərabları üzrə aksiz dərəcələri demək olar ki, dəyişməyib və əvvəlki 2,5 dolar əvəzinə 2 manat həddində müəəyən edilib. Əvəzində indiyədək aksiz vergisinə cəlb edilməyən şampan şərablarının hər litri üçün 2,5 manat aksiz vergisi müəyyən edilib.

\”Eləcə də viski, rom, araq, likör və s içkilər üçün aksiz dərəcələri 20 faiz artaraq 6 dollar (və ya 4,8 manatdan) 6 manata qaldırılıb\”,- deyə fins.az-ın məlumatında qeyd olunub.

Məlumatda bildirilir ki, aksiz dərəcəsi kəskin artırılan mallardan biri də siqaretlər və tütün məmulatları olacaq.

Nazirlər Kabinetinin qərarı ilə tütün məhsullarının aksiz vergisi təqribən 3 dəfə artırılaraq hər 1000 ədəd siqaret üçün 1,8 dollar, yəni 1,44 manat əvəzinə 4 manat müəyyən edilib. ( fins.az )

İnterpress.az