İnterpress.az BBC-yə istinadən xəbər verir ki, indi keçmiş VAZ işçiləri işsizliyin mövcud olduğu Tolyatti şəhərində nə edəcəklərini bilmirlər.
“AvtoVAZ” açıq səhmdar cəmiyyətinin həmkarlar ittifaqının sədri Sergey Zaytsev BBC Rus xidmətinə bildiruib ki, hazırkı ixtisarlar “ötən il başlanmış istehsalatın optimallaşdırılması proqramının tərkib hissəsidir”.
“Bu proqram əsasında 2014-cü ildə AvtoVAZ-dan 7 min 500 işçini ixtisar ediblər. Hazırda fəhlələrin ixtisar edilməməsinə dair prinsipial qərar qəbul edilib – deyib həmkarların sədri, – buna görə də yanvar ayında 1100 top-menecer işdən azad olunub. Onların ixtisar olunması barədə bildirişlər yanvarın 14-dən göndərilib. Həmin vaxt zavodun kollektivi hələ Yeni il bayramından qayıtmamışdı”.
Zaytsevin sözlərinə görə, iş yerlərinin ixtisarı “Lada” avtomobillərinin Rusiya bazarındakı satışının azalması ilə bağlı məcburi addımdır.
Vaz işçiləri aşağı maaş və iş yerlərinin ixtisarı ilə bağlı tez-tez etiraz nümayişinə çıxırlar.
Tolyatti zavodunun buraxdığı avtomobillərin satışı 2013-cü illə müqayisədə 15 faiz azalıb. Məhz buna görə də müəssisə vəsait çatışmazlığı ilə üzləşib.
Yeni kadr ixtisarları 2015-ci ildə 400 milyon rublun və ya 6 milyon dolların qənaətinə imkan verəcək.
Bu pullar əməkhaqqı kimi fəhlələrə verilməlidir.
Yanvarın axırında keçirilən iclasda “AvtoVAZ”-ın prezidenti Boe Andersson demişdi ki, tələbatın əhəmiyyətli dərəcədə azalacağı təqidrdə müəssisə dörd günlük iş rejiminə keçə bilər.
Hazırda “AvtoVAZ”da 52 min işçi çalışır. Onlardan 10 mini menecerlərdir.
Onlardan biri – Aleksey Komarov deyib ki, artıq özü üçün iş axtarmağa başlayıb.
“Tolyattidə iş tapmaq çətindir, ələxüsus da sən idarəetmə menecerisənsə, – deyib Komarov, – Deyəsən Moskvaya gedib, karyeramı sıfırdan başlamalı olacağam”.
İnterpress.az