Neft Fondundan açıqlamabackend

Neft Fondundan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpres.az xəbər verir ki, bu məlumat Neft Fondunun 2014-cü ilin yekunları ilə bağlı bu gün açıqladığı hesabatda əksini tapıb.

Hesabatda qeyd olunub ki, 2014-cü il ərzində Neft Fondunun büdcə gəlirləri 12.731,0 milyon manat, büdcə xərcləri isə 10.117,2 milyon manat təşkil edib.

2014-cü il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 343,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 12 319,8 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 387,2 milyon manata bərabər olub.

Hesabat dövrü ərzində Neft Fondunun 2014-cü il büdcəsinin icrası çərçivəsində 9 337,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib.

2015-ci il yanvarın 1-ə Fondun aktivləri 2014-cü ilin əvvəlinə (35.877,5 milyon ABŞ dolları) nisbətən 3,42% artaraq 37.104,1 milyon ABŞ dollarına bərabər olub.

İnterpress.az