Monika Belluççi cazibədarlığı ilə göz qamaşdırdı – FOTObackend

Monika Belluççi cazibədarlığı ilə göz qamaşdırdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisdə “Moda həftəsi” çərçivəsində “Christian Louboutin” sərgisi nümayiş olunub. Brendin tarixinə həsr olunmuş ekspozisiyanı ulduzlardan ilk olaraq 55 yaşlı dünya şöhrətli aktrisa Monika Belluççi görüb.

Tədbir üçün aktrisanın seçdiyi sadə geyim onun cazibədar bədən quruluşunu nümayiş etdirib.

Sərgidə aktrisa məşhur yazıçı Silviya Le Merrerlə görüşüb. O, Monika ilə birgə çəkdirdiyi şəkli sosial şəbəkələrdə paylaşıb.

İstifadəçilər “Möhtəşəm”, “İki cazibədar gözəl”, “Heyrətamiz” kimi şərhlərlə qadınlara heyranlıqlarını bildiriblər.

Qeyd edək ki, Monika bu yaxınlarda çəkdirdiyi şəkilləri ilə gündəmə gəlib. Cazibədar aktrisa “L\’Officiel” dərgisinin yeni buraxılışının siması olub.

Monika Belluççi cazibədarlığı ilə göz qamaşdırdı - FOTO

Monika Belluççi cazibədarlığı ilə göz qamaşdırdı - FOTO