İclasda Azərbaycan prezidenti İlham Əliyevin, \”Cənub Qaz Dəhlizi\” layihəsinin iştirakçısı olan ölkələrin – Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstanın enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviçin, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Dövlət Neft Şirkəti, \”BP-Azerbijan\” şirkəti, Trans Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumlarının və digər beynəlxalq qurumların rəsmi nümayəndələri iştirak edir.
Tədbirdə \”Cənub Qaz Dəhlizi\” layihəsinin icrası, idarə olunması, mövcud vəziyyəti ilə bağlı konkret tövsiyələrin veriləcəyi gözlənilir.
Qeyd edək ki, Məşvərət Şurasının yaradılması təşəbbüsünü Azərbaycan prezidenti irəli sürüb.
İnterpress.az